Bank Of Baku

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə yeni baş direktor seçilib

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə yeni baş direktor seçilib
# 02 iyul 2009 17:05 (UTC +04:00)
APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, 62 yaşlı Yukuya Amano (Yaponiya) agentliyin yeni baş direktoru seçilib. Bu post uğrunda ondan başqa Əbdülsəməd Minti (Cənubi Afrika Respublikası) və Luis Eççavarri (İspaniya) də mübarizə aparıb. Y. Amano AEBA-nın Nizamnaməsinə görə, İdarəetmə Şurasının üzvlərinin tələb olunun 2/3-nin səsini alıb.

Qeyd edək ki, ötən ay keçirilən ilk seçkilərdə namizədlərdən heç biri lazımi miqdarda səs toplaya bilməyib. Seçkilərdə Yukiya Amano 20, Əbdülsəməd Minti 11, Luis Eççavarri 4 səs qazanıb. Onlardan başqa Sloveniya və Belçika təmsilçiləri də namizədliklərini irəli sürsə də, ilkin seçkilərdən sonra seçkilərdə iştirak qərarından imtina ediblər. Nəzəri baxımdan İdarəetmə Şurası yeni baş direktorun namizədliyini 14-18 sentyabrda Vyanada keçiriləcək AEBA-nın Baş Konfransına təqdim etməlidir. Qeyd edək ki, AEBA-nın hazırkı baş direktoru Məhəmməd əl-Baradeyin səlahiyyətləri noyabrın 30-da başa çatır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR