Bank Of Baku

Havyer Solana Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Komissarı vəzifəsindən gedir

Havyer Solana Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Komissarı vəzifəsindən gedir
# 06 iyul 2009 11:04 (UTC +04:00)
Bakı - APA. Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Komissarı Havyer Solana vəzifəsindən gedir. APA-nın “Panarmenian”a istinadən verdiyi məlumata görə, bu barədə o, İspaniya mətbuatına müsahibəsində bildirib. Səlahiyyət müddəti 2009-cu ilin oktyabrında başa çatacaq H. Solana mandatının müddətini uzatmaq istəmədiyini deyib: “Mən 10 ildir ki, bu postdayam, daha davam eləmək niyyətim yoxdur. Artıq səlahiyyət müddətim başa çatır, özümü sakit və təminatlı hiss edirəm”.

Bununla belə, o, xeyir verəcəyi bir çox yerin olduğunu vurğulayıb: “Lakin İspaniyanın siyasi həyatına qatılmağı düşünmürəm”.

Qeyd edək ki, H. Solana Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Komissarı postuna 1999-cu ildə təsdiqlənib, 2004-cü ildə isə mandatı uzadılıb.

1992-1995-ci illərdə o, İspaniyanın xarici işlər naziri, 1995-1999-cu illərdə isə NATO-nun baş katibi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR