Bank Of Baku

Avropa Şurasının Demokratiya Yay Siyasi Universitetinin növbəti toplantısı keçirilir

Avropa Şurasının Demokratiya Yay Siyasi Universitetinin növbəti toplantısı keçirilir
# 06 iyul 2009 12:13 (UTC +04:00)
Strasburq. Fuad Qulubəyli - APA. Strasburqda Avropa Şurasının Demokratiya Yay Siyasi Universitetinin “Demokratiyanın ümumdünya problemləri” adlı növbəti toplantısı başlayıb. APA-nın Avropa bürosunun məlumatına görə, Bakı Siyasi Məktəbinin nümayəndələrinin də qatıldığı toplantıda Avropanın 16 ölkəsindən jurnalistlər, vətəndaş cəmiyyətinin təmsilçiləri və gənc siyasi xadimlərdən ibarət 650-dək dinləyici iştirak edir. Toplantını Avropa Şurasının baş katibi Terri Devis açıb. Sonra AŞ Nazirlər Komitəsinə sədrlik edən Sloveniyanın prezidenti Danilo Türk, Strasburq meri Roland Reis, AŞ PA prezidenti Luis Mariya de Puç, Avropa Siyasi Məktəbləri Assosiasiyasının rəhbəri və Avropa Şurasının sabiq baş katibi Katerin Lalümyer çıxış ediblər. İyulun 10-da keçiriləcək qapanış mərasimində İrqçiliyə Qarşı Təlim Fondunun rəhbəri, tanınmış Fransa futbolçusu Lilian Türamın çıxışı nəzərdə tutulub. Toplantı çərçivəsində Bakı və İrəvan məktəblərinin ikitərəfli görüşünün keçirilməsi də planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR