Bank Of Baku

Türkiyədə Çin mallarına qarşı boykot kampaniyası başlayır

Türkiyədə Çin mallarına qarşı boykot kampaniyası başlayır
# 08 iyul 2009 12:14 (UTC +04:00)
Bakı – APA. Türkiyə İstehlakçılar Birliyinin sədr müavini Mustafa Dinc Çində uyğur türklərinin kütləvi şəkildə qətlə yetirilməsi ilə əlaqədar əhalini Çin mallarını boykot etməyə çağıracaqlarını açıqlayıb. APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, M. Dinc Sincan-Uyğur muxtar bölgəsində Çin təhlükəsizlik qüvvələri tərəfindən yüzlərlə uyğurun öldürülməsinin qəbuledilməz olduğunu bildirib: “Çin getdikcə artan iqtisadi gücünə arxalanaraq dünyanın gözü önündə kütləvi qətllər həyata keçirir. Yetmiş milyonluq Türkiyə olaraq kimsə bizdən insanlığa qarşı cinayətlərə səssiz qalmağımızı gözləməsin”.
M. Dinc Türkiyədə istehlakçı şüurunun getdikcə inkişaf etdiyini və daha öncə ölkədə Fransa, İsrail və Danimarka mallarına qarşı boykot kampaniyasının uğurla nəticələndiyini söyləyib: “İndi də Çini protest etməyə hazırlaşırıq. Çindən gələn hər məhsulun üzərində “Made in China” və ya “Made in P.R.C.” yazılıb. Onsuz da ölkəmizdə istehlakçılar ucuz, keyfiyyətsiz və insan sağlamlığına təhlükə törədən Çin mallarından bezib. Çinin uyğur bölgəsində həyata keçirdiyi qətllərin cavabını iri miqyaslı boykotla verəcəyik. Çünki bu gün dünyada müharibələr iqtisadi sahədə gedir. Türkiyədə satışları azaldıqdan sonra Çinin nə edəcəyini görəcəyik. Bu aksiya ilə ölkəmizdə Çin mallarının istilasına uğramış sektorlara da güc qazandıracağıq. İstehlakçılar yerli mal almaqla öz iqtisadiyyatlarına da töhfə vermiş olacaqlar”.

M. Dinc türk cümhuriyyətlərini və müsəlman ölkələrini də bu həftə başlayacaq boykot kampaniyasına qoşulmağa çağıracaqlarını bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR