Bank Of Baku

Çinin Ankaradakı müvəqqəti işlər vəkili Türkiyə XİN-ə çağırılaraq ona rəsmi etiraz bildirilib

Çinin Ankaradakı müvəqqəti işlər vəkili Türkiyə XİN-ə çağırılaraq ona rəsmi etiraz bildirilib
# 08 iyul 2009 14:42 (UTC +04:00)
APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bu gün Çin Xalq Respublikasının Ankaradakı müvəqqəti işlər vəkili Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb və ondan hadisələr haqqında məlumat istənilib. Türkiyənin olaylardan ciddi narahatlıq duyduğu və buna səssiz qalmasının mümkün olmadığı diplomatın nəzərinə çatdırılıb. Rəsmi Ankara günahkarların dərhal yaxalanaraq cəzalandırılmasını istəyərək Çinə uyğur xalqı ilə türk xalqı arasında qohumluq əlaqəsinin olduğu, bu səbəblə türk xalqının uyğurların ağrı-acılarını bölüşdüyü mesajını verib.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu isə faciəni islam dünyasının diqqət mərkəzinə gətirmək üçün önəmli addım atıb. İstanbulda keçirilən Türkiyə - Fars Körfəzi Əməkdaşlıq Şurası xarici işlər nazirlərinin toplantısında qəbul olunan birgə Bəyannaməyə Çindəki hadisələrdən narahatlıq ifadə olunan cümlələr daxil edilib. Ə. Davudoğlu İslam Konfransı Təşkilatının baş katibi, türkiyəli Ekmələddin İhsanoğlu ilə görüşərək ondan İKT-ni də hərəkətə keçirməsini istəyəcək. Nazirin çinli həmkarı ilə telefon əlaqəsi yaradacağı da xəbər verilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR