Bank Of Baku

“Böyük səkkizliyin” sammitində İranla bağlı Bəyannamə qəbul edilib

“Böyük səkkizliyin” sammitində İranla bağlı Bəyannamə qəbul edilib
# 09 iyul 2009 08:46 (UTC +04:00)
Bakı – APA. “Böyük səkkizlik” (G8) ölkələri liderlərinin İtaliyanın Akvila şəhərində sammiti keçirilir. APA-nın AFP-yə istinadən verdiyi məlumata görə, sammitin ilk günü İranla bağlı Bəyannamə qəbul olunub. Sənəddə İranda baş verən hadisələrlə bağlı ciddi narahatlıq ifadə olunur. Sammit iştirakçıları daha çox Mahmud Əhmədinejadın yenidən prezident seçilməsindən sonra ölkədə baş qaldıran siyasi böhranın, həmçinin İranın nüvə proqramının əndişə doğurduğunu bəyan ediblər.

Sənəd müəllifləri İran hakimiyyətinin kütləvi iğtişaşlara və müxalifətin polislə qanlı toqquşmalarına səbəb olan əməllərini qınayıb, rəsmi Tehranı ölkədəki zorakılığa, İranda yaşayan əcnəbi vətəndaşlara qarşı repressiyalara son qoymağa çağırıblar.

Bununla yanaşı, G8 liderləri İran rəhbərliyini nüvə proqramı ilə bağlı dünya ictimaiyyəti ilə əməkdaşlıq etməyə çağırıb, rəsmi Tehrandan dərhal BMT qətnamələrinə tabe olmağı tələb ediblər.

Lakin Bəyannamədə çağırışlara məhəl qoymayacağı təqdirdə, Tehrana qarşı hər hansı təxirəsalınmaz tədbirlərin görülməsi əksinin tapmayıb.

Onu da əlavə edək ki, sammit iştirakçıları ilk iclas günündə kütləvi qırğın silahlarının yayılmaması və terrorizmlə mübarizəyə dair də bəyanatlar qəbul ediblər.

Qeyd edək ki, iyulun 8-də başlayan G8 sammiti iyulun 10-da başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR