Bank Of Baku

Türkiyənin xarici işlər naziri Çində uyğurların kütləvi qətli ilə bağlı telefon diplomatiyasına başlayıb

Türkiyənin xarici işlər naziri Çində uyğurların kütləvi qətli ilə bağlı telefon diplomatiyasına başlayıb
# 09 iyul 2009 11:08 (UTC +04:00)
Bakı – APA. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Çinin Sincan-Uyğur muxtar vilayətində uyğur türklərinin kütləvi qətli ilə bağlı ABŞ dövlət katibi Hillari Klintonla telefon əlaqəsi yaradıb. APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, H. Klintona telefon açan Ə. Davudoğlu ona Türkiyənin bu məsələyə dair həssaslığını çatdırıb və beynəlxalq ictimaiyyətin problemə daha ciddi diqqət göstərməsini istəyib. Nazir Sincan-Uyğur bölgəsində insanlıq faciəsi yaşandığına diqqət çəkib. Telefon danışığında prezident Barak Obamanın Rusiyaya səfəri, Qafqazda vəziyyət və “Nabucco” layihəsi ilə bağlı Ankarada imzalanacaq hökumətlərarası sazişə də toxunulub.

Qeyd edək ki, Ə. Davudoğlu Fransanın xarici işlər naziri Bernar Kuşner, İngiltərənin xarici işlər naziri David Millibend, Avropa Birliyinə sədrlik edən İsveçin xarici işlər naziri Karl Bildt və İranın xarici işlər naziri Mənuçöhr Mottaki ilə də telefon əlaqəsi yaradaraq Çində uyğurlara qarşı vəhşilikləri müzakirə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR