Bank Of Baku

Türkiyə baş nazirinin müavini: “Çin dünya siyasətindəki gücü ilə olayları ört-basdır etmək istəyir”

Türkiyə baş nazirinin müavini: “Çin dünya siyasətindəki gücü ilə olayları ört-basdır etmək istəyir”
# 09 iyul 2009 11:46 (UTC +04:00)
Bakı – APA. “Çindəki olaylar bizi çox üzür. Uyğur qardaşlarımızla çox dərin əlaqələrimiz, yaxınlığımız var. Əslində Çinlə hökumətlərarası münasibətlərimizin də çox yaxşı olduğunu söyləmək istəyirəm. Amma təəssüf ki, hamımızın tüklərini biz-biz edən vəhşət yaşanır. Evlərə hücumlar edilir, uşaqlar, qadınlar aparılır. Çoxsaylı ölümlər haqqında məlumatlar alırıq”. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bu sözləri Ankarada jurnalistlərə açıqlamasında Türkiyə baş nazirinin müavini Bülənt Arınç deyib. B. Arınç problemi BMT-nin və dünyada sözü keçən dövlətlərin gündəminə gətirmək istədiklərini bildirib: “Çin dünya siyasətindəki gücü ilə bu olayları ört-basdır etmək istəyir. Biz Çinlə münasibətlərimizə önəm veririk və bu hadisələrin Çinlə əlaqələrimizi pozmayacaq şəkildə sona yetməsini diləyirik. Biz əslində Çinə yardımçı olmaq istəyirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR