Bank Of Baku

Türkiyənin baş naziri uyğurların kütləvi qətlini “böyük səkkizlər”in gündəminə gətirəcək

Türkiyənin baş naziri uyğurların kütləvi qətlini “böyük səkkizlər”in gündəminə gətirəcək
# 09 iyul 2009 15:15 (UTC +04:00)
APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, R. T. Ərdoğan G-8 toplantısına qatılmaq üçün İtaliyaya gedərkən hava limanında jurnalistlərə açıqlamasında uyğurların kütləvi qətlini başda ABŞ olmaqla, “böyük səkkizlər”in diqqətinə çatdıracağını deyib: “Xarici İşlər Nazirliyimiz Çin səfirini nazirliyə çağıraraq xəbərdarlıq etdi. Bunun vəhşət olduğunu və bu vəhşətə tezliklə son qoyulmasının zəruriliyini söylədik. Bu məsələni dünya liderləri ilə müzakirə edəcəyəm. Türkiyə olaraq bu vəhşətə səssiz qalmağımız mümkün deyil”.

R. T. Ərdoğan Dünya Uyğur Konqresinin lideri, hazırda ABŞ-da yaşayan Rabiyə Kaderə viza verməyə hazır olduqlarını da əlavə edib: “Müraciət edərsə, viza veriləcək”. Xatırladaq ki, Çindəki kommunist rejimi baş verən iğtişaşda R. Kaderi ittiham edir və onun uyğurları qızışdırdığını bildirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR