Bank Of Baku

Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal və futbolçu Nihat Qəhvəçi hərbi xidmətə başlayıblar - FOTOSESSİYA

Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal və futbolçu Nihat Qəhvəçi hərbi xidmətə başlayıblar - <font color=red>FOTOSESSİYA</font>
# 10 iyul 2009 11:24 (UTC +04:00)
Bakı – APA. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın oğlu Nəcməddin Bilal Ərdoğan və futbolçu Nihat Qəhvəçi türk ordusunda hərbi xidmətə başlayıblar. APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, hər iki şəxs qanunvericilikdə nəzərdə tutulan “valyuta ödəməklə 21 günlük hərbi xidmət” hüquqlarından istifadə ediblər. N. B. Ərdoğan və N. Qəhvəçi bu gün ölkənin Burdur rayonundakı 58-ci Piyada Təlim Alayında and içərək üç həftəlik hərbi xidmətə başlayıblar. Andiçmə mərasimində baş nazirin xanımı Əminə Ərdoğan da iştirak edib.

Qeyd edək ki, N. B. Ərdoğan Dünya Bankının Vaşinqton ofisində çalışır. Milli komandanın hücumçusu N. Qəhvəçi isə İslaniyanın “Vilyareal” klubundan yetişdiyi kluba – “Beşiktaş”a transfer olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR