Bank Of Baku

Çindən Türkiyəyə xəbərdarlıq: Rabiyə Qədirə viza verilsə, münasibətlərimiz pozular

Çindən Türkiyəyə xəbərdarlıq: Rabiyə Qədirə viza verilsə, münasibətlərimiz pozular
# 10 iyul 2009 12:13 (UTC +04:00)
Bakı – APA. Baş nazir Rəcəb Tayyib Ərdoğanın Dünya Uyğur Konqresinin sədri, ABŞ-da yaşayan Rabiyə Qədirə Türkiyəyə gəlməsi üçün viza verməyə hazır olduqlarını açıqlaması Çinin narazılığına səbəb olub. APA-nın xəbərinə görə, Çinin Ankaradakı müvəqqəti işlər vəkili Xiao Yunzenq “Milliyet” qəzetinə açıqlamasında R. Qədirin Türkiyəyə səfərinə qarşı olduqlarını deyib. O, R. Qədirin Çində separatçılığa dəstək verdiyini söyləyib: “Vəziyyəti narahatlıqla izləyirik. Sincan-Uyğur muxtar vilayəti Türkiyə ilə Çin arasında əlaqələrin inkişafı üçün körpüdür. Qədirin bu hadisələri bəhanə edərək əlaqələrimizi pozacağından çox narahatam”.

Diplomat Türkiyənin sənaye və ticarət naziri Nihat Ərgünün əhalini Çin mallarını boykot etməyə çağırmasından təəccübləndiyini də gizlətməyib: “Həm nazir, həm də Türkiyənin hər tərəfində boykot çağırışı ilə çıxış edən şəxslər bu hadisələrin arxasındakı əsl həqiqətləri bilsəydilər, bunları söyləməzdilər”.

Dünya Uyğur Konqresinin sədr müavini, Türkiyə vətəndaşı Seyid Tümtürk isə baş nazir R. T. Ərdoğanın təlimatının Türkiyənin Vaşinqtondakı səfirliyinə çatdırıldığını bildirib: “Rabiyə Qədir səfirliyə gedərək viza üçün şəxsən müraciət edəcək. Viza mütləq veriləcək. Onu İstanbulda böyük bir qələbəliklə qarşılayacağıq”.

Qeyd edək ki, R. Qədir 2006-cı və 2007-ci ildə Türkiyəyə səfər etmək üçün Vaşinqtondakı səfirliyə müraciət etsə də, ona viza verilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR