Bank Of Baku

Bolqarıstan Rusiya ilə imzalanmış iki enerji layihəsində iştirakını dayandırır

Bolqarıstan Rusiya ilə imzalanmış iki enerji layihəsində iştirakını dayandırır
# 13 iyul 2009 08:27 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Bolqarıstanın yeni hökuməti Rusiya ilə imzaladığı iki layihənin icrasını dayandırır. APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu layihələr “Belene” AES və “Cənub axını” qaz kəməri layihələridir. İyulun 5-də keçirilmiş parlament seçkilərində qələbə qazanmış GERB Partiyasının lideri Boyko Borisov baş nazir kreslosuna oturduqdan sonra ölkəsinin iştirak etdiyi bütün iri enerji layihələrinə yenidən baxılacağını deyib. B. Borisov bunu iqtisadiyyat naziri Pyotr Dimitrova ünvanladığı məktubunda yazıb. Məktubda deyilir ki, partiya rəhbərliyinə dövlət şirkətlərinin Bolqarıstanın milli maraqlarını güdməməsi barədə həyəcan siqnalı daxil olur: “Ona görə də İqtisadiyyat Nazirliyi yeni lizinq və kredit müqavilələrinin bağlanmasına qadağa qoymalı, “Belene” AES və “Cənub axını” kimi beynəlxalq layihələr üzrə danışıqları dayandırmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR