Bank Of Baku

Türkiyə parlamentinin nümayəndə heyəti Urumçiyə getməyə hazırlaşır

Türkiyə parlamentinin nümayəndə heyəti Urumçiyə getməyə hazırlaşır
# 16 iyul 2009 13:50 (UTC +04:00)
Bakı – APA. Türkiyə Böyük Millət Məclisinin İnsan haqları komissiyasının üzvləri Çin Xalq Respublikasının Sincan-Uyğur muxtar vilayətinə səfər etməyə hazırlaşır. APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, Türkiyə parlamentinin sədri Köksal Toptan Çin Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi ilə görüşündə bu məsələni müzakirə edib. Çin tərəfi Türkiyə parlamentinin nümayəndə heyətinin bölgəyə səfər etmək niyyətini müsbət qarşılayıb. İnsan haqları komissiyasının sədri, iqtidar partiyasının üzvü Zəfər Üskülün başçılıq edəcəyi 5 nəfərlik nümayəndə heyəti Urumçiyə yola düşmək üçün Çin səfirliyindən cavab gözləyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR