Bank Of Baku

Avropanın bir qrup məşhur siyasətçisi ABŞ prezidentinə müraciət edib

Avropanın bir qrup məşhur siyasətçisi ABŞ prezidentinə müraciət edib
# 16 iyul 2009 15:47 (UTC +04:00)
Bakı – APA. Avropa ölkələrinin bir qrup məşhur siyasətçisi ABŞ prezidenti Barak Obamaya açıq məktub yazaraq, Avropanı Rusiyadan müdafiə etməyi xahiş edib. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən xəbərinə görə, məktubda NATO regionun təhlükəsizlik məsələlərinə daha diqqətlə yanaşmağa və Rusiyanın artan təhdidlərinə qarşı durmağa çağırılır. Sənədə Valdas Adamkus, Lex Valensa, Vatslav Havel, Aleksandr Kvasnevki, Mart Laar, Vayra Vike Frayberqa və başqaları imza atıb.

Məktub müəllifləri ABŞ-Rusiya münasibətlərindəki yaxınlaşmanı alqışlasalar da, Moskvaya münasibətdə daha aydın və prinsipial mövqedən çıxış etməyi Vaşinqtona məsləhət görürlər. Onlar şəxsi təcrübələrinə əsaslanaraq, bu halda Avropanın təhlükəsizlik sisteminin güclənəcəyini və Moskvanı əməkdaşlığa təşviq edəcəyini bildirirlər. Məktubda ABŞ-ın Avropada Raket Əleyhinə Müdafiə Sistemləri yerləşdirmək siyasətinə də toxunulur: “Azsaylı raketlər Rusiyanın maraqlarına təhlükə törədə bilməz və bunu Kremldə də çox yaxşı başa düşürlər. Ona görə də ABŞ Polşa və Çexiya liderlərinin rəyinə hörmətlə yanaşaraq, Avropanın nüvə müdafiəsinə Moskvanın müdaxiləsinə yol verməməlidir. Əks halda, ABŞ-ın Şərqi və Mərkəzi Avropadakı nüfuzu aşağı düşəcək”.

Avropanın Rusiyadan enerji asılılığından narahatlığını ifadə edən məktub müəllifləri ABŞ-ın siyasi dəstəyi ilə bu problemin həllinin mümkünlüyünə inandıqlarını vurğulayıblar. Sonda NATO təkcə Rusiyaya qarşı deyil, digər vacib məsələlərin həllində də Avropa İttifaqı ilə sıx əməkdaşlığa çağırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR