Bank Of Baku

Avropa Məhkəməsi Türkiyənin 5 PKK-çıya cərimə ödəməsi haqda qərar çıxarıb

Avropa Məhkəməsi Türkiyənin 5 PKK-çıya cərimə ödəməsi haqda qərar çıxarıb
# 17 iyul 2009 11:54 (UTC +04:00)
Bakı – APA. Avropa İnsan Haqları Məhkəməsi Türkiyə məhkəmələri tərəfindən ömürlük həbs cəzasına məhkum edilən 5 PKK-çının şikayətinə baxıb. APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, Avropa Məhkəməsi Türkiyəni “ədalətli mühakimə hüququnu pozmaq”da günahkar bilərək, rəsmi Ankaranın 78 500 avro cərimə ödəməsi haqda qərar çıxarıb.
Sedat Atsız, Sedat Atsız, Mehmet Emin Türk, Şerefettin Türk, Mahfuz Sığınç ve Orhan Sakçı 1990-cı illərdə Diyarbəkir və Muşda 30 terror hadisəsi törətməkdə ittiham olunublar. Onlar 12 il sürən məhkəmə prosesindən sonra ömürlük həbs cəzasına məhkum ediliblər və hazırda Diyarbəkirdəki D tipli həbsxanada saxlanılırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR