Bank Of Baku

Beynəlxalq Avropa Hərəkatının vitse-prezidentləri Avropa Parlamentində mühüm vəzifələrə seçiliblər

Beynəlxalq Avropa Hərəkatının vitse-prezidentləri Avropa Parlamentində mühüm vəzifələrə seçiliblər
# 17 iyul 2009 14:41 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Beynəlxalq Avropa Hərəkatının (BAH) vitse-prezidentləri Rainer Vieland və Jo Leinen Avropa Parlamentində mühüm vəzifələrə seçiliblər. Beynəlxalq Avropa Hərəkatının Azərbaycan üzrə Hazırlıq Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Avropa Parlamentinin seçkidən sonra ötən gün keçirilən ilk iclasında qurumun rəhbərliyinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən BAH-nın vitse-prezidentləri R. Vieland Avropa Parlamentinin vitse-prezidenti, hərəkatın başqa bir vitse-prezidenti Jo Leinen isə Ətraf mühit, səhiyyə və ərzaq təhlükəsizliyi komitəsinin sədri seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR