Bank Of Baku

Siciliya mafiyasının 49 üzvü azadlıqdan məhrum edilib

Siciliya mafiyasının 49 üzvü azadlıqdan məhrum edilib
# 18 iyul 2009 07:44 (UTC +04:00)
Palermo-APA. İtaliya məhkəməsi yerli biznesmenlərdən haqq alan Siciliya mafiyasının 49 üzvünün azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. APA-nın məlumatına görə, mafiozilərdən bəziləri 20 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onları cinayətkarlardan qorumaq müqabilində iş adamlarından haqq almaqda ittiham edib. Mafiya üzvləri haqq vermək istəməyən iş adamlarını döyüb, mağazalarını yandırıb, bəzi hallarda isə öldürüblər. Bəzi məlumatlara görə, Siciliyanın paytaxtı Palermoda iş adamlarının 80 faizi hücumlardan qorunmaq üçün mafiyaya xərac verir. Azadlıqdan məhrum edilənlərin hamısı “Lo Pikkolo” klanının üzvləridir. Siciliya mafiyasının “xaç atalarından” sayılan Salvatore Lo Pikkolo 2007-ci ildə həbs olunsa da, dünən məhkum edilənlər arasında onun adı olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR