Bank Of Baku

NATO-nun baş katibi cərrahiyyə əməliyyatı olunub

NATO-nun baş katibi cərrahiyyə əməliyyatı olunub
# 22 iyul 2009 07:40 (UTC +04:00)
Brüssel-APA. NATO-nun baş katibi Yaap de Hoop Sxefferin səhhəti qəfil pisləşib. APA-nın məlumatına görə, baş katib arterial tromboz diaqnozu ilə xəstəxanaya çatdırılıb. Təcili əməliyyat olunan baş katibin damarlarından böyük ölçüdə olmayan tromboz çıxarılıb. Hazırda Yaap de Hoop Sxeffer intensiv terapiya kursu keçir, onun daha bir neçə gün xəstəxanada qalacağı gözlənilir. Həkimlər baş katibin iş qabiliyyətini tezliklə bərpa edəcəyini bildiriblər. Qeyd edək ki, 61 yaşlı Yaap de Hoop Sxeffer Brüsselin mərkəzi parkında “NATO kəndi”nin açılışı mərasimində qəfildən özünü pis hiss edib. Mərasimin gedişində baş katibin hərarəti qalxıb, halsızlıq hiss edən Sxefferi skamyaya əyləşdiriblər. Bir neçə dəqiqə sonra səhhəti normallaşan baş katib mərasimi tərk edib. Qeyd edək ki, bu ayın sonunda Yaap de Hoop Sxefferin NATO baş katibi postunda səlahiyyət müddəti başa çatır. Avqustun 3-dən onu bu postda Anders Foq Rasmussen əvəzləyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR