Bank Of Baku

Türkiyənin hakim partiyasının millət vəkili PKK-nın telekanalında çıxış edib

Türkiyənin hakim partiyasının millət vəkili PKK-nın telekanalında çıxış edib
# 22 iyul 2009 07:55 (UTC +04:00)
Bakı – APA. Türkiyədə hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyasının (AKP) kürd əsilli millət vəkili Rüstəm Zeydan PKK terror təşkilatının telekanalı “Roj TV”də çıxış edib. APA-nın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, R. Zeydan kürd probleminin təkcə Türkiyəyə deyil, bütün bölgəyə və yaxın coğrafiyaya təsir göstərdiyini söyləyərək “artıq qan və gözyaşına son qoyulmalıdır”, deyib. O, AKP-nin kürd problemini həll edəcəyinə əmin olduğunu bildirib: “Ölkənin hər yerindən səs alan partiyayıq. Bu problemi AKP həll etməlidir və edəcək”.

R. Zeydan baş nazir Rəcəb Tayyib Ərdoğanın PKK-nın siyasi qolu olan Demokratik Toplum Partiyası (DTP) ilə bir masa arxasına əyləşməsinin zəruriliyini də vurğulayıb: “Demokratik çözümdən və demokratik islahatlardan danışırıqsa, hər kəs DTP-ni tərəf-müqabil kimi qəbul etməlidir. DTP ilə dialoq qurulması çox faydalı olacaq. Bunun tezliklə baş tutacağına inanıram”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR