Bank Of Baku

Türkiyə baş nazirinin oğlu hərbi xidmətini başa vurub

Türkiyə baş nazirinin oğlu hərbi xidmətini başa vurub
# 22 iyul 2009 11:23 (UTC +04:00)
Bakı – APA. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan 21 günlük hərbi xidmətini başa vurub. APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, Bilal Ərdoğan vətənə borcunu Burdurdakı 58-ci Piyada Alayında ödəyib.
Dünya Bankında işləyən B.Ərdoğanı hərbi hissənin qarşısında baş nazirin mühafizə xidməti qarşılayıb. O, Burdurdan Antalyaya yollanıb.
Qeyd edək ki, baş nazirin oğlu ilə eyni gündə hərbi and içən Türkiyə milli komandasının futbolçusu, bu mövsüm “Beşiktaş”a transfer olan Nihat Kahveci hərbi xidmətini iki gün sonra başa vuracaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR