Bank Of Baku

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “F-4 Phantom” qırıcısı qəzaya uğrayıb

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “F-4 Phantom” qırıcısı qəzaya uğrayıb
# 23 iyul 2009 11:01 (UTC +04:00)
Ankara-APA. Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “F-4 Phantom” qırıcısı ölkənin şərqində qəzaya uğrayıb. APA-nın məlumatına görə, ABŞ istehsalı olan təyyarə təlim zamanı yerə düşüb. Pilotlar vaxtında kapitulyasiya etdiklərinə görə sağ qalıblar. Malatya valisi Mehmet Ülvi Saran hər iki pilotun xəstəxanaya çatdırıldığını bildirib. Qəzanın səbəbləri məlum deyil. Qeyd edək ki, çoxistiqamətli “Phantom” qırıcılarının müxtəlif modifikasiyaları 1974-cü ildən Türkiyə ordusunda istifadə olunur. Hazırda Türkiyə Hərbi Hava Qüvvələrinin aviaparkında 160 belə təyyarə var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR