Bank Of Baku

Çexiya və Polşada qasırğa ən azı altı nəfərin həyatına son qoyub

Çexiya və Polşada qasırğa ən azı altı nəfərin həyatına son qoyub
# 24 iyul 2009 09:21 (UTC +04:00)
Praqa. Varşava-APA. Çexiya və Polşa ərazisində baş verən qasırğa nəticəsində ən azı altı nəfər ölüb. APA-nın məlumatına görə, Polşada dörd nəfər sürəti saatda 100 kilometrə çatan küləyin yıxdığı ağacların altında qalıb, bir nəfər boğulub, 17 nəfəri isə cərəyan vurub. Çexiya da isə qasırğa nəticəsində 75 yaşlı bir qadının öldüyü bildirilir. Müxtəlif agentliklər təbii fəlakətin qurbanlarının sayının artdığı barədə məlumatlar yayırlar. Qasırğadan ən çox zərər çəkən Polşanın Vrotslav şəhəri olub. Bu ölkədə dağıntılar barədə 800-ə yaxın məlumat verilib. Çexiyada güclü külək elektrik xətlərini sıradan çıxardığına görə şəhərdə tramvayların hərəkətində problemlər yaranıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR