Bank Of Baku

Türkiyədə 1 erməni və 12 yunan məktəbi bağlanıb

Türkiyədə 1 erməni və 12 yunan məktəbi bağlanıb
# 27 iyul 2009 14:26 (UTC +04:00)
Ankara-APA. Türkiyə hökuməti şagird çatışmazlığı səbəbilə milli azlıqlar üçün nəzərdən tutulmuş 13 məktəbin bağlanmasına qərar verib. APA-nın “News.am” saytına istinadən yaydığı məlumata görə, bununla da ölkədə milli azlıqlar üçün nəzərdə tutulan məktəblərin sayı 34-dən 21-ə enib. Başlanan məktəblərdən 1-i erməni məktəbi, 12-i yunan məktəbidir. İstanbul təhsil idarəsi bildirib ki, başlanan məktəblər şagird çatışmazlığı səbəbilə onsuz da fəaliyyət göstərmirlər, ona görə də direktorlara və müəllimlərə boş yerə maaş ödəməyin mənası yoxdur. Məktəblərin bağlanması ilə dövlət büdcəsində 1 milyon dollar vəsaitə qənaət edilmiş olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR