Bank Of Baku

BMT-nin Beynəlxalq Məhkəməsində Kosovonun müstəqilliyinin elan edilməsinin qanuniliyi ilə bağlı proses keçiriləcək

BMT-nin Beynəlxalq Məhkəməsində Kosovonun müstəqilliyinin elan edilməsinin qanuniliyi ilə bağlı proses keçiriləcək
# 30 iyul 2009 08:55 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Bu il dekabrın 1-də Kosovonun müstəqilliyinin elan edilməsinin qanuniliyi ilə bağlı BMT Baş Assambleyasının sorğusu əsasında BMT-nin Beynəlxalq Məhkəməsində dinləmələr başlayacaq. APA-nın BMT-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, sorğu alındıqdan sonra Beynəlxalq Məhkəmə BMT-yə üzv ölkələrə müraciət edərək onlardan öz fikirlərini yazılı formada bildirmələrini xahiş edib. Bu çağırışa 36 ölkə cavab verib. Onlar sentyabrın 15-nə kimi məhkəmədə iştirak etmək niyyətlərini bildirməlidirlər. Açıq keçiriləcək məhkəmə iclaslarında BMT-nin və marağı olan BMT-yə üzv ölkələrin nümayəndələri şifahi şəkildə öz fikirlərini söyləmək və arqumentlərini təqdim etmək hüququna malik olacaq. İclasda Kosovonun nümayəndələri də dinləniləcək.

Xatırladaq ki, 2008-ci il fevralın 17-də Kosovo Serbiyadan ayrılaraq müstəqilliyini elan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR