Bank Of Baku

Türkiyədə təşkil olunan Beynəlxalq Gənclik Düşərgəsindəki 6 nəfərdə “donuz qripi” aşkarlanıb

Türkiyədə təşkil olunan Beynəlxalq Gənclik Düşərgəsindəki 6 nəfərdə “donuz qripi” aşkarlanıb
# 30 iyul 2009 14:21 (UTC +04:00)
Bakı – APA. Türkiyənin turizm mərkəzlərindən olan Uludağda (Bursa) təşkil olunmuş Beynəlxalq Gənclik Düşərgəsində 1 əcnəbi müəllim və 5 şagirddə “donuz qripi” virusu aşkarlanıb. APA-nın “Doğan” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, iyulun 15-də başlayan, Türkiyədən və bir sıra ölkələrdən təxminən 300 şagirdin qatıldığı düşərgədə ötən həftə hərarəti yüksələn bir şagirdin A/H1N1 virusuna yoluxduğu müəyyənləşdirilib. İngiltərədən gələn və milliyyətcə türk olan şagird ölkəsinə dönüb. Bu hadisədən bir neçə gün sonra bir müəllim və bəzi şagirdlər də yüksək hərarət şikayəti ilə həkimə müraciət ediblər. Aparılan analizlər nəticəsində onların da “donuz qripi”nə yoluxduğu müəyyənləşdirilib. Hazırda müəllim İstanbulda, 5 şagird isə Bursada müalicə olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR