Bank Of Baku

Afinada ictimai nəqliyyat işçiləri tətil edir

Afinada ictimai nəqliyyat işçiləri tətil edir
# 10 yanvar 2011 11:46 (UTC +04:00)
Bakı – APA. Yunanıstanın paytaxtı Afina şəhərində ictimai nəqliyyat işçiləri tətil elan ediblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, yanvarın 10-da yerli vaxtla saat 11-dən etibarən avtobuslar, trolleybuslar və tramvayların hərəkəti 5 saat müddətinə dayanıb. Metroda hərəkətin isə 4 saatlıq dayandırılması planlaşdırılıb.

İctimai nəqliyyat sisteminin işçiləri bu sahədə hökumətin aparmaq istədiyi islahata qarşı çıxırlar. Belə ki, hökumət nəqliyyat şirkətlərinin sayını azaltmaq, əməkhaqqı üçün maksimum hədd müəyyənləşdirmək, işçilərin güzəşt və imtiyazlarını ləğv etməyi düşünür. Bundan başqa, hökumət nəqliyyata ayrılan subsidiyaları ixtisar edəcəyi üçün qiymətlər də artacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR