Bank Of Baku

ETA terrora son qoyduğunu açıqlayıb

ETA terrora son qoyduğunu açıqlayıb
# 10 yanvar 2011 13:36 (UTC +04:00)
Bakı – APA. İspaniyadakı Bask terror təşkilatı ETA (Euzkadi Ta Azkatasuna – Vətən və azadlıq) zorakı yolla mübarizəyə son qoyduğunu elan edib. APA-nın məlumatına görə, bu açıqlama Bask bölgəsində çıxan sol radikal yönümlü “Gara” qəzetində yayılıb.

Qeyd edək ki, ETA 1959-cu il iyulun 31-də yaradılıb və Bask bölgəsinin müstəqilliyi uğrunda terror yolu ilə mübariz aparıb. Təşkilat ilk terror aksiyasını 1968-ci il iyunun 7-də həyata keçirib və 1 polis əməkdaşını öldürüb. Ümumilikdə ETA-nın terror aktları nəticəsində 820-dən çox adam ölüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR