Bank Of Baku

İspaniya daxili işlər naziri ETA ilə barışığı rədd edib

İspaniya daxili işlər naziri ETA ilə barışığı rədd edib
# 10 yanvar 2011 20:34 (UTC +04:00)
Bakı-APA. İspaniya baş nazirinin birinci müavini və daxili işlər naziri Alfredo Peres Rubalkaba ETA bask separatçı qruplaşmasının hökumətə qarşı silahlı mübarizəni dayandırması barədə bəyanatı rədd edib. Bu barədə APA El Mundo qəzetinə istinadən məlumat verir.

Nazirin sözlərinə görə, ETA-nın bəyanatında terror taktikasından birdəfəlik və qəti əl çəkmək barədə heç nə deyilmir. Rubalkaba hesab edir ki, bu bəyanatla ETA bir daha hökuməti şantaj etmək istəyib: qruplaşma hakimiyyətin onunla danışıqlar masası arxasına əyləşəcəyini güman edir.

İspaniyalı nazir həmçinin bəyanatda müsbət tərəflərin olduğunu da qeyd edib. Onun sözlərinə görə, ETA-nın mövqeyi onu bir qədər sakitləşdirib. Lakin nazir separatçılarla qarşıdurmanın başa çatması barədə danışmağın hələ tez olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR