Polşanın baş naziri Beynəlxalq Aviasiya Komitəsinin hesabatını yarımçıq adlandırıb
APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, bu bəyanatla Polşanın baş naziri Donald Tusk çıxış edib.
Onun sözlərinə görə, hesabatda Polşa tərəfinin çox az sayda qeydləri əksini tapıb: “Polşa hökuməti Rusiya ilə münasibətlərin pisləşməsinə səbəb olacaq addım atmayacaq. Qəzadan sonra Rusiya və Polşa siyasətçiləri arasında həmrəylik və qarşılıqlı anlaşma mühiti formalaşıb”.
Polşa mətbuatının yazdığına görə, rəsmi Varşava BAK-ın hesabatından Beynəlxalq Mülki Aviasiya Təşkilatına şikayət verməyə hazırlaşır.
Qeyd edək ki, qəzaya görə kimin məsuliyyət daşıdığına dair Polşa tərəfinin iradları hesabatda nəzərə alınmayıb, qəzanın əsas səbəbkarları kimi əlverişsiz hava şəraiti ilə əlaqədar ehtiyat aerodroma enməkdən imtina edən pilotlar göstərilib. Qeyd olunub ki, ekipaj göyərtədə olan yüksək vəzifəli şəxslərin təzyiqi ilə eniş etmək barədə müstəqil şəkildə qərar qəbul edib. Hadisə zamanı Polşa Hərbi Hava Qüvvələrinin baş komandanı pilotların kabinəsində olub. Onun qanında 0,6 promille alkoqol aşkarlanıb.
Qəzanın səbəbləri ilə bağlı hesabatın layihəsi ötən ilin oktyabrında Polşa tərəfinə təqdim olunub. Layihə ilə tanış olan Polşanın baş naziri Donald Tusk sənədin qəbuledilməz olduğunu bildirib. Varşava BAK-a 150 səhifəlik irad göndərib. İradlarda hesabatda gəlinən nəticələrin beşdə birinin dəyişdirilməsi tələb olunur. Polşa tərəfi həmçinin Rusiyanın qəzaya görə məsuliyyətin bir hissəsini öz üzərinə götürməsini tələb edib. Polşanın ədliyyə naziri Kşiştof Kvyatkovski bəyan edib ki, əgər BAK hesabatda Polşa tərəfinin mövqeyini nəzərə almasa, Varşava öz müstəqil hesabatını hazırlayacaq.
Xatırladaq ki, ötən il aprelin 10-da Smolensk səmasında “Tu-154” təyyarəsinin qəzaya uğraması nəticəsində 96 nəfər, o cümlədən prezident Lex Kaçinski və xanımı, çoxlu sayda hökumət rəhbərləri həlak olublar. Qəzanın səbəblərini araşdıran BAK komissiyasının tərkibində Rusiya, Polşa və ABŞ-dan ekspertlər iştirak edib.
Avropa
Kiyevdə poçt terminalında bağlama partlayıb, ölən və yaralananlar var - YENİLƏNİB
AEBA Zaporojye AES-ə gedən elektrik xəttinin təmiri üçün lokal atəşkəsə nail olub
Macarıstan Ukrayna üçün AB fondundan 6,6 milyard avronun verilməsinə qoyulan qadağanı ləğv edib
Azərbaycan BMT-də Gürcüstanla bağlı qətnaməni növbəti dəfə dəstəkləyib
Xəbər Lenti
Cinayət mühakimə icraatında həbs qoyulan əmlaka dair qərar məhkəmə nəzarəti qaydasında mübahisələndiriləcək
"Qurtuluş" Reabilitasiya Mərkəzinin həbsdə olan rəhbəri Ceyhun Salmanov və iki əməkdaşın məhkəməsi başlayır
Geologiya İnstitutuna direktor müavini təyin edilib
İrəvanın sabiq meri həbs olunub
Saymon Stil: COP29-da razılaşdırılmış yeni iqlim maliyyəsi hədəfinə nail olunmalıdır
COP30-un prezidenti: Bakıda baş verən proseslərin nəticələri Braziliyanın sədrliyi üçün əhəmiyyətli olacaq
Azərbaycan Mərkəzi Bankı və Macarıstan Mərkəzi Bankı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
Moskva Cənubi Qafqazda kommunikasiyaların tam şəkildə açılmasını dəstəkləyir
Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq
Prezident: Təmiz ətraf mühit və “yaşıl artım” hədəfi beş əsas milli prioritetdən biri kimi müəyyən edilib
Şəhadətnaməsi olmadığı iddia edilən plastik cərrahın fəaliyyəti ilə bağlı məsələyə aydınlıq gətirilib
Rossbax: Azərbaycan ən mühüm qlobal müzakirələrin kəsişməsində dayanır
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
Murat Kurum: COP31-də Bakıda götürülmüş öhdəliklərin icrasını yaxından izləyəcəyik
Ağdam Sosial Xidmət Mərkəzində 100-dən çox şəxs qayğı ilə əhatə olunub
Quterreş 1,5°C-dən çox temperatur həddinin aşılması ilə bağlı xəbərdarlıq edib
Prezident İlham Əliyev Ümumdünya Ətraf Mühit Günü ilə bağlı müraciət ünvanlayıb - YENİLƏNİB
BMT rəsmisi Azərbaycanın iqlim sahəsində töhfələrini yüksək qiymətləndirib
Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb - FOTO
İtkin düşmüş və ölmüş elan edilən diplomatların vərəsələrinə müavinət ödəniləcək
Overçuk Aİ-nin Ermənistana 50 milyon avroluq yardımının heç nəyi həll etməyəcəyini bildirib
İcraçı direktor: Xəzər dənizinin səviyyəsinin azalması kimi problemlər yaşanır
Nazir: Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işləri ekoloji yanaşmalar əsasında aparılır
Gələn il Serbiya Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək
Nazir: Xəzər dənizinin səviyyəsinin azalmasını beynəlxalq gündəliyə çıxarmağa çalışırıq
Ədliyyə Nazirliyinin “881” Çağrı Mərkəzinin xidmət səviyyəsi 92 faizi keçib
Hərbi xidmətə çağırılan diplomatlar üçün yeni müavinət və imtiyaz müəyyənləşir
Nazir: 2030-cu ilə qədər bərpaolunan enerjinin payının 30 %-ə çatıdırlması hədəflənib
“Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib
Dövlət Agentliyi "Azərişıq" barəsində iş qaldırıb, icrası məcburi göstəriş verib
Azərbaycanda işsizlikdən sığorta üzrə daxilolmalar 100 mln. manatı ötüb
Azercell və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar
Bu il dövlət büdcəsinə 8 mlrd. manata yaxın vergi daxil olub
Kiyevdə poçt terminalında bağlama partlayıb, ölən və yaralananlar var - YENİLƏNİB
Heydər Əliyev Mərkəzində Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş beynəlxalq tədbir keçirilir
Bəzi yerlərdə şimşək çaxıb, dolu düşüb - FAKTİKİ HAVA
Dövlət büdcəsindən 5 ayda vətəndaşlara və biznesə 122 mln. manat geri qaytarılıb
ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı
İyunun 15-də Super Təzə Ay hadisəsi olacaq
Qanunsuz saxlanılan silahlar aşkar olunub
Dövlət Agentliyinin beynəlxalq sertifikatı yenilənib
Bakıda Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti keçiriləcək
Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində ilk iclası başlayıb
AccessBank müştəri layihəsi üzrə ilk müstəqil enerji auditini tamamlayıb
Gürcü nazir müavini: Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiya arasında əlaqələri daha da dərinləşdirəcək
Dünya Bankı: Ötən ay Avropa və ABŞ-da təbii qaz bahalaşıb
Dünya Bankı may ayı üzrə neftin orta qiymətləri üzrə göstəriciləri açıqlayıb
AEBA Zaporojye AES-ə gedən elektrik xəttinin təmiri üçün lokal atəşkəsə nail olub
Gabala Hospitality Group və Orlov Banya Qəbələdə ilk premium SPA və sağlamlıq konseptinin yaradılması üçün əməkdaşlığa başlayır - FOTO - VİDEO
Qubada “Türk Dövlətləri Təşkilatı Modeli 2026” beynəlxalq gənclər düşərgəsi keçirilib