Bank Of Baku

Avropa İttifaqı Belarus prezidentinə qarşı viza sanksiyası tətbiq etməyə hazırlaşır

Avropa İttifaqı Belarus prezidentinə qarşı viza sanksiyası tətbiq etməyə hazırlaşır
# 20 yanvar 2011 08:05 (UTC +04:00)
Bakı-APA. “Rəsmi Minsk prezident seçkilərindən sonra həbs olunmuş müxalifət nümayəndələrini azadlığa buraxmasa, Avropa İttifaqı ölkələri prezident Aleksandr Lukaşenko viza qadağası tətbiq etmək niyyətindədir”. APA-nın məlumatına görə, bu bəyanatla Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton çıxış edib. Xatırladaq ki, Avropa İttifaqı bundan əvvəl də Belarus hakimiyyəti üçün müxtəlif sanksiyalar tətbiq edib. 2006-cı il prezident seçkilərindən sonra Avropa İttifaqı prezident Lukaşenko və bəzi hökumət üzvlərinə bu qurumun ərazisinə daxil olmağı qadağan edib. Lakin 2008-ci ildən etibarən bu sanksiyalar formal xarakter daşımağa başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR