Bank Of Baku

Əfqanıstan prezidentinin Rusiyaya səfəri başlayıb

Əfqanıstan prezidentinin Rusiyaya səfəri başlayıb
# 20 yanvar 2011 14:20 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Əfqanıstan İslam Respublikasının prezidenti Həmid Kərzayi Rusiyaya rəsmi səfərə gəlib. APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, H. Kərzayi yanvarın 21-də Rusiya prezidenti Dmitiri Medvediyevlə danışıqlar aparacaq. Danışıqlar zamanı energetika sahəsində əməkdaşlıq, narkotik vasitələrin istehsalı və yayılmasına qarşı mübarizə, o cümlədən Əfqanıstanın polis orqanları üçün kadrların hazırlanması məsələlərinin də müzakirə mövzusu olması gözlənilir.
Səfərin sonunda isə ticarət və iqtisadi əməkdaşlığa dair razılaşma ilə bağlı sənədin imzalanması nəzərdə tutulub. Səfər çərçivəsində Rusiya Ticarət Palatasında Əfqanıstanın iş adamları ilə Rusiya biznesmenləri arasında görüş də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR