Bank Of Baku

Portuqaliyada prezident seçkilərində namizədlərin seçki kampaniyası başa çatıb

Portuqaliyada prezident seçkilərində namizədlərin seçki kampaniyası başa çatıb
# 22 yanvar 2011 03:55 (UTC +04:00)
Bakı-APA. Portuqaliyada bazar günü keçiriləcək prezident seçkilərində namizədlərin seçki kampaniyası başa çatıb. Şənbə günü «sakitlik günü»dür. Sorğuların nəticələrinə görə, hazırkı prezident sağ qüvvələrin 71 yaşlı namizədi Anibal Kavaku Silva birinci turda qalib gəlməlidir. Onun 54-61% səs toplaması gözlənilir. Onun əsas rəqibi 74 yaşlı solçu Manuel Aleqre sorğuların nəticələrinə görə, 15-25% səs toplamalıdır. Aleqre ikinci tura çıxacağı halda sol elektoratı səfərbər edə biləcəyini düşünür. Əgər ikinci tur keçirilsə, o fevralın 13-də baş tutacaq. Onlardan əlavə seçkilərdə müstəqil namizəd Fernandu Nobre və kommunist Fransişku Lopeş iştirak edirlər.

Portuqaliyada 1974-cü ildə Salazar-Kaetanu sağçı diktaturasının devrilməsindən sonra ikinci dəfə namizədliyini vermiş bütün prezidentlər yenidən seçilə biliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR