Bank Of Baku

Ukrayna və Türkiyə öz aralarında vizasız rejim barədə müzakirə ediblər

Ukrayna və Türkiyə öz aralarında vizasız rejim barədə müzakirə ediblər
# 26 yanvar 2011 00:44 (UTC +04:00)
Bakı-APA. Ukrayna və Türkiyə aralarında vizasız gediş-gəliş rejiminin tətbiqi məsələsini müzakirə ediblər.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbər görə, bu barədə məlumat verən baş nazir Recep Tayyib Erdoğan Ukrayna prezidenti Viktor Yanukoviçlə görüşdən sonra bildirib ki, Kiyev və Ankara azad ticarət və gediş-gəliş vizasının ləğvi məsələlərini müzakirə etmək barədə razılığa gəliblər.
Kiyevdə iki ölkənin nümayəndə heyətlərinin görüşünün ardınca, iki lider ölkələri arasında yüksək səviyyəli strateji əməkdaşlıq şurasının yaradılması barədə saziş imzalayıblar.
Mətbuat konfransında çıxış edən Erdoğan deyib ki, vizasız səfər rejimi və azad ticarət barədə sazişlərin işlənib hazırlanması barədə iki ölkənin müvafiq qurumlarına tapşırıqlar verilib.
Erdoğan həmçinin bildirib ki, iki ölkə, aralarındakı 5 milyard dollarlıq ticarət həcmini qarşıdan gələn 5 ildə 20 milyarda, 10 ildə isə 40 milyard dollara çatdırmaq iqtidarındadır.
Viktor Yanukoviç isə bildirib ki, iki ölkə arasında strateji əməkdaşlıq təhlükəsizlik, müdafiə və enerji kimi sahələri əhatə edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR