Azərbaycan prezidenti “Statoil ASA” şirkətinin prezidenti və baş icraçı direktoru ilə görüşüb

Azərbaycan prezidenti “Statoil ASA” şirkətinin prezidenti və baş icraçı direktoru ilə görüşüb
# 26 yanvar 2011 20:18 (UTC +04:00)
Bakı-APA. Yanvarın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “Statoil ASA” şirkətinin prezidenti və baş icraçı direktoru Helge Lund ilə görüşüb.

“Statoil ASA” şirkətinin prezidenti və baş icraçı direktoru Helge Lund Azərbaycan ilə rəhbərlik etdiyi şirkətin uzun illərdir uğurlu əməkdaşlıq həyata keçirməsini vurğulayaraq, bu əməkdaşlığın dərinləşməsi işinə Azərbaycan Prezidentinin şəxsən verdiyi töhfəni yüksək qiymətləndirib.

“Azərbaycan ilə əməkdaşlıq bizim strategiyamızın ən prioritet sahələrindən biridir”,- deyən Helge Lund ölkəmizlə əməkdaşlığa böyük önəm verdiklərini bildirib.

Dövlət başçısı Azərbaycan ilə “Statoil” arasında səmərəli əməkdaşlığın həyata keçirildiyini vurğulayaraq əmin olduğunu bildirib ki, bu əməkdaşlıq bundan sonra da inkişaf edəcək.

Prezident İlham Əliyev “Statoil”in “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun istismarındakı iştirakını və ölkəmizə investisiya qoyuluşu istiqamətində həyata keçirdiyi işləri yüksək qiymətləndirib.

Görüşdə Azərbaycan ilə “Statoil” şirkəti arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR