Bank Of Baku

Yoşka Fişer Nabukko barədə Avropaya xəbərdarlıq edib

Yoşka Fişer Nabukko barədə Avropaya xəbərdarlıq edib
# 28 yanvar 2011 00:52 (UTC +04:00)
Bakı-APA. Almaniyanın keçmiş xarici işlər naziri, hazırda Nabukko layihəsi üzrə müşavir işləyən Yoşka Fişer Avropa İttifaqını Türkmənistan və Türkiyə kimi dövlətlərlə əlaqələrini gücləndirməyə çağırıb.

APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, o deyib ki, əks halda bu dövlətlər enerjiyə kəskin ehtiyacı olan şərq ölkələrinə üz tuta bilər.

Yoşka Fişer Avropa İttifaqının Cənub Dəhlizi adlandırılan boru xətləri sistemini reallaşdırmaq üçün atdığı son addımlara dəstək ifadə edib.

"Bu regionların şərqə ya qərbə üz tutması Avropanın Cənub Dəhlizi istiqamətində qətiyyətindən asılıdır.

Biz təkcə neft və qaz təchizatından yox, Avropanın strateji mövqeyindən danışırıq".

Bunları Fişer Vyanada işə başlamış Avropa qaz konfransındakı çıxışında deyib.

"Əgər biz Cənub Dəhlizini açmasaq, Türkmənistanın şərqə üz tutmaqdan başqa yolu qalmayacaq. Bunun isə Avropa üçün ciddi nəticələri olacaq."

Nabukko qaz kəmərinin inşasında ləngitmələr mövcuddur.

Türkiyə qaz kəməri üçün mühüm tranzit dövlətdir. Fişer qeyd edib ki, Nabukko "Türkiyə və Avropa arasındakı münasibətlərə çox müsbət təsirə malikdir".

Rusiyanın təklif etdiyi Cənub Axını layihəsi daha asan hesab olunsa da, Fişerin fikrincə "bunun Avropaya heç bir köməyi olmayacaq. Belə ki, bu diversifikasiya strategiyasının bir hissəsi deyil, nə strateji mənada, nədəki qaz təchizatının bilavasitə aparılmasında."

Azərbaycan bu ay Avropanı Cənub Dəhlizi vasitəsilə qazla təmin etməyi razı olduğunu bildirib.

Türkmənistanla danışıqlarda isə hələ belə bir razılıq əldə edilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR