ATƏT-in fəaliyyətdə olan sədri Rusiyaya səfər edəcək

ATƏT-in fəaliyyətdə olan sədri Rusiyaya səfər edəcək
# 31 yanvar 2011 15:38 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis fevralın 1-3-də Rusiyada səfərdə olacaq. APA-nın məlumatına görə, A. Ajubalis Rusiyanın vəzifəli şəxsləri ilə ATƏT-in Astana sammitində qəbul olunmuş qərarların həyata keçirilməsi və ölkəsinin təşkilatda sədrliyinin prioritetlərini müzakirə edəcək. Həmin prioritetlərə həlli uzanan münaqişələr, transmilli təhlükələr, enerji təhlükəsizliyi, KİV azadlığı və ATƏT-in möhkəmləndirilməsi yolları daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR