Bank Of Baku

Avropa İttifaqı Tunisin devrilmiş prezidentinin bank hesablarını dondurub

Avropa İttifaqı Tunisin devrilmiş prezidentinin bank hesablarını dondurub
# 31 yanvar 2011 16:57 (UTC +04:00)
Bakı - APA-Economics. Avropa İttifaqı Tunisin devrilmiş prezidenti Zinəlabdin Ben Əlinin və onun həyat yoldaşı Leyla Trabelsinin bank hesablarını dondurub.

APA-Economics”in “Agence France-Presse”yə istinadən xəbərinə görə, bu, Tunisin müvəqqəti hökumətinin tələbi ilə həyata keçirilib.

Tunisin hüquq-mühafizə orqanları Ben Əlinin maliyyə fəaliyyətini araşdırarkən onun qanunsuz vəsaitlər əldə etməsinə dair faktlar aşkarlayıb. bu səbəbdən onun həbsinə beynəlxalq order verilib.

Qeyd edək ki, bundan əvvəl İsveçrə hökuməti Ben Əlinin bu ölkənin banklarındakı bütün hesablarını dondurub. Ben Əli rejiminin təmsilçilərinin də bu aqibətlə üzləşəcəyi istisna olunmur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR