Bank Of Baku

Çexiyanın Konqo, Venesuela, Keniya, Yəmən və Kosta-Rikadakı səfirlikləri bağlanıb

Çexiyanın Konqo, Venesuela, Keniya, Yəmən və Kosta-Rikadakı səfirlikləri bağlanıb
# 01 fevral 2011 03:54 (UTC +04:00)
Bakı-APA. Çexiya Konqo, Venesuela, Keniya, Yəmən və Kosta-Rikadakı səfirliklərini, həmçinin Mumbaydakı baş konsulluğunu büdcə vəsaitlərinin azalması səbəbindən bağlayıb.

Diplomatik nümayəndəliklərin bağlanması barədə qərar Çexiya hökuməti tərəfindən 2011-ci il üçün dövlət xərclərinin azaldılması ilə bağlı qəbul edilib.

Bu il Çexiya xarici işlər nazirliyinin maliyyələşməsi bu il kəskin azaldılıb. Çexiya XİN Praqadakı mərkəzi aparatını xeyli ixtisar edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR