Bank Of Baku

Rəcəb Tayyib Ərdoğan: “Hörmətli Mübarək, xalqın tələblərinə qulaq asın”

Rəcəb Tayyib Ərdoğan: “Hörmətli Mübarək, xalqın tələblərinə qulaq asın”
# 01 fevral 2011 11:34 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu sözləri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının (AKP) parlament fraksiyasının toplantısındakı çıxışında deyib. Misirdəki hadisələrə toxunan R. T. Ərdoğan bildirib ki, millətin iradəsindən qorxmaq lazım deyil: “Dəyişiklik və sabitlik arasındakı balans qorunmalıdır. Biz demokratiyadan xaos, radikalizm doğacağına inanmırıq. Biz üzərimizə düşənləri edəcəyik, amma vəziyyətdən sui-istifadə etməyəcəyik”.

Türkiyənin baş naziri çıxışında Misir xalqına da müraciət edib: “Misirli qardaşlarıma səslənirəm: nümayişlərdə silahdan uzaq durun. Biz bir nəfərin belə burnunun qanamasını istəmirik. Hüquq və azadlıqlar uğrunda mübarizə aparmaq ən təbii haqqınızdır, amma terrora baş vurmadan. Misirdə və Tunisdə islahatlar aparılması ən böyük arzumuzdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR