Bank Of Baku

Türkiyə paytaxtında partlayış baş verib, ölənlər və yaralananlar var

Türkiyə paytaxtında partlayış baş verib, ölənlər və yaralananlar var
# 03 fevral 2011 11:58 (UTC +04:00)
APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 4 mərtəbəli binanın 2 mərtəbəsi çöküb.

Rəsmi dövlət orqanları hadisədə 2 nəfərin öldüyünü, 24 nəfərin yaralandığını, yaralılardan 4-nün durumunun ağır olduğunu açıqlayıblar. Ərazinin bələdiyyə sədri isə 4 nəfərin öldüyünü deyib. Bəzi işçilərin dağıntılar altında qaldığı güman olunur. Ölənlərin sayı arta bilər.

Partlayışın generator istehsal olunan sexdə təbii qaz sızıntısı nəticəsində baş verdiyi bildirilir. Hadisə yerində xilasedicilər çalışır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR