Bank Of Baku

AŞPA-nın mətbuat azadlıqları üzrə yeni məruzəçisi təyin olunub

AŞPA-nın mətbuat azadlıqları üzrə yeni məruzəçisi təyin olunub
# 03 fevral 2011 15:57 (UTC +04:00)
APA-nın Avropa bürosunun xəbərinə görə, əvvəllər bu vəzifəni britaniyalı deputat Endryu Makintoş (Andrew McIntosh) icra edirdi. Lakin 2010-cu ilin avqust ayında onun vəfatından sonra bu vəzifə boş qalıb.

M. Yohansson 40 il peşəkar jurnalistika ilə məşğul olub. İsveç parlamentinə seçilməzdən əvvəl o, ölkənin əsas gündəlik qəzetlərindən olan “Svenska Dagbladet”in siyasət şöbəsinin baş redaktoru vəzifəsində çalışıb. M. Yohansson eyni zamanda təmsil olunduğu partiyanın mətbuat katibi vəzifəsində çalışıb və İsveçin Radio-Televiziya Şurasının üzvü olub.

Qeyd edək ki, 2001-ci ildə yaradılmış mətbuat azadlığı üzrə daimi məruzəçinin rolu Avropada media azadlıqlarına qarşı yönəlmiş ciddi təhlükələrə diqqət yetirmək və bu sahədə digər qurumlarla əməkdaşlıq edərək AŞPA-da xüsusi hesabatların hazırlanmasından ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR