Bank Of Baku

Ankarada partlayışdan ölənlərin sayı 17-ə çatıb

Ankarada partlayışdan ölənlərin sayı 17-ə çatıb
# 06 fevral 2011 02:23 (UTC +04:00)
Bakı-APA. Ankaradakı Ortadoğu Sənaye və Ticarət Mərkəzindəki müəssisələrdən birində cümə axşamı günü səhər saatlarında baş verən partlayış nəticəsində ölənlərin sayı 7-ə çatıb.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə,
xilasetmə briqadaları dağıntıların altında qaldığı təxmin edilən ən az 1 nəfərin axtarışını davam etdirir.
Elə həmin gün axşam saatlarında ilk partlayışdan cəmi 1 kilometr məsafədə İvedik sənaye mərkəzində baş verən 2-ci partlayış nəticəsində isə 10 nəfərin ödlüyü müəyyən edilib.

Bununla da, iki partlayış nəticəsinə ölənlərin sayı 17-ə çatıb.
Partlayışlar nəticəsində yaralanan 18 nəfərin müalicəsi müxtəlif xəstəxanalarda davam edir.

Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Ankara valiliyinin yaydığı məlumata əsasən, hadisələr zamanı xəsarət alan daha 36-a nəfərə isə xəstəxanada tibbi yardım göstərildikdən sonra, onlar sonra evə buraxılıb.

Ölənlər və yaralananların şəxsiyyəti müəyyənləşdirilib.
Partlayışların səbəbinin müəyyənləşdirilməsi üçün hər iki hadisə ilə bağlı prokurorluğun təhqiqatları davam edir.

İlkin məlumatlarda faciələrə qaz balonlarının partlamasının səbəb olduğu bildirilmişdi.

Valiliyin məlumatında qeyd edilir ki, partlayışların səbəbi haqqında tam təsəvvür yaranmadığı üçün texniki təhqiqatlar davam edir.

Bəzi şahidlərin partlayışların qaz balonlarının nasazlığı ucbatından baş verə biləcəyinə dair iddiaları qaz paylayıcı şirkətin rəhbəri tərəfindən rədd edilir.

Rəsmi şəxslər sənaye mərkəzində fəaliyyət göstərən bəzi müəssisələrin müvafiq icazələrinin olmadığını bildirirlər.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, nazirlər, eləcə də müxalifət liderləri hadisə yerində vəziyyətlə tanış olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR