Bank Of Baku

Hollandiyada antiislam partiyasının lideri üzərində məhkəmə prosesi başlayıb

Hollandiyada antiislam partiyasının lideri üzərində məhkəmə prosesi başlayıb
# 07 fevral 2011 20:45 (UTC +04:00)
Baku-APA. Amsterdamda bazar ertəsi Hollandiya Azadlıq partiyasının lideri Girt Vilders üzərində məhkəmə prosesi başlayıb. Vilders millətlərarası ədavəti qızışdırmaqda günahlandırılır.

Vilders islama olan nifrətini gizlətmir. O islamı «demokratiyaya ciddi təhlükə» və «geridə qaldmış mədəniyyətin ideologiyası» hesab edir.

Siyasətçi özünün əsas məqsədini Hollandiyanın islamlaşmadan qorunmasında görür. Vilders müsəlman ölkələrindən mühacirətə məhdudiyyət qoyulmasını, məscid tikintisinin qadağan edilməsini və hicab taxmağa görə vergi tətbiq olunmasını tələb edir.

Ötən həftə Böyük Britaniyanın baş naziri Devid Kemeron öz çıxışındı çoxmədəniyyətlilik siyasətindən əl çəkməyə və qərbin liberal dəyərlərini daha sərt şəkildə müdafiə etməyə çağırıb.

Kemeron son illərin passiv tolerantlığından əl çəkərək fəal və güclü liberalizmə keçməyə, islam ekstremizmini təbliğ edənlərə qarşı siyasəti sərtləşdirməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR