Bank Of Baku

Türkiyədə bir qrup müxalifətçi jurnalist həbs edilib

Türkiyədə bir qrup müxalifətçi jurnalist həbs edilib
# 14 fevral 2011 13:41 (UTC +04:00)
APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, terror təşkilatı olduğu iddia edilən “Ergenekon”la bağlı istintaq işini aparan və indiyədək yüzlərlə siyasətçi, hərbçi, media mənsubu, iş adamı və adi vətəndaşın həbsinə sanksiya vermiş prokuror Zəkəriyyə Öz “odatv.com”un sahibi, “Hürriyet” qəzetinin yazarı Soner Yalçın, portalın baş redaktoru Barış Pəhlivan, xəbər müdiri Barış Tərkoğlu və əməkdaşı Ayhan Bozqurdun həbs edilməsi, onların evlərində və iş yerlərində axtarış aparılması haqqında sanksiya imzalayıb. Polislər bu şəxslərin ev və ofislərindəki kompüterləri və müxtəlif sənədləri müsadirə ediblər. Jurnalistlər dindirilmək üçün polis idarəsinə aparılıb. Onlar ““Ergenekon” terror təşkilatına üzvlük və xalqı düşmənçiliyə təhrik etmək”də ittiham olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR