Bank Of Baku

Avropa İttifaqı İran hakimiyyətini əhalinin dinc nümayişlər keçirmək hüququna hörmət etməyə çağırıblar

Avropa İttifaqı İran hakimiyyətini əhalinin dinc nümayişlər keçirmək hüququna hörmət etməyə çağırıblar
# 15 fevral 2011 23:16 (UTC +04:00)
Bakı-APA. Avropa İttifaqı İran hakimiyyətini əhalinin dinc nümayişlər keçirmək hüququna hörmətlə yanaşmağa çağırıblar.
APA-nın RFİ radiosuna istinadən verdiyi xəbərə görə, AI XİN-nin rəhbəri Ketrin Eşton İran hökumətini əhalinin söz və sərbəst toplaşmaq azadlığını qorumağa müraciət edib.

Tehranda İran müxalifətin fevralın 14-də keçirdiyi nümayiş zamanı iki nəfər həlak olub. İranın Təhlükəsizlik Komissiyasının başçısı Calalinin sözlərinə görə, öldürülən hər iki şəxs – bəssicdir (İran Xalq İnqilab gözətçiləri), yəni rejimin tərəfdarlarıdır.

Fransa qəti şəkildə İran polisinin nümayişçilərə qarşı göstərdiyi qəddarlığı pisləyib. Fransa xarici işlər nazirliyin nümayəndəsi Bernard Valero fevralın 14-də bütün həbs olunan nümayişlərin azad olunmasını tələb edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR