Bank Of Baku

İsrail Türkiyədəki diplomatik nümayəndəliklərinin fəaliyyətini dayandırıb

İsrail Türkiyədəki diplomatik nümayəndəliklərinin fəaliyyətini dayandırıb
# 17 fevral 2011 08:19 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. İsrail Türkiyənin Ankara və İstanbul şəhərlərindəki səfirlik və konsulluğunun fəaliyyətini dayandırıb. APA-nın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, konsulluğun əməkdaşı bildirib ki, diplomatik nümayəndəliklər ötən həftənin cümə günündən – fevralın 11-dən fəaliyyətini dayandırıb və nə zaman fəaliyyətini bərpa edəcəyi bilinmir.

İsrailin “Haaretz” qəzeti isə İsrail Xarici İşlər Nazirliyi tərəfindən belə bir addımın atılmasını “Hizbullah” tərəfindən ciddi hücumların gözlənilməsi ilə izah edib. Nazirlik Misir, Türkiyə, Azərbaycan, Gürcüstan, Fil Dişi Sahili, Mali, Mavritaniya və Venesueladakı diplomatik nümayəndəliklərin təhlükəsizliyinin gücləndirildiyini açıqlayıb. Lakin hansı ölkələrdəki səfirliklərin müvəqqəti olaraq bağlandığı barədə məlumat verilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR