Bank Of Baku

Türkiyə təcili şəkildə vətəndaşlarını Liviyadan çıxarır

Türkiyə təcili şəkildə vətəndaşlarını Liviyadan çıxarır
# 20 fevral 2011 01:52 (UTC +04:00)
Bakı-APA. Liviyadakı Türkiyə vətəndaşları 3 təyyarə ilə vətənə qaytarılır.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, Türk Hava Yollarının Binqazi-İstanbul səfərini yerinə yetirən təyyarəsinə əlavə olaraq Liviyaya daha 2 təyyarə göndərilib.
Benqazi və Derne şəhərlərindəki etiraz aksiyaları zamanı bəzi türk firmalarına məxsus inşaat sahələri və iş yerlərinin talan edilməsi halları Türkiyədə narahatlıqla qarşılanıb.

Türkiyə höküməti yanında fəaliyyət göstərən Fövqəladə Hallar İdarəsinin yaydığı məlumata görə, Türk Hava Yollarının İstanbul-Benqazi-İstanbul səfərini yerinə yetirən təyyarəsinə əlavə olaraq Liviyadakı Türkiyə vətəndaşlarının vətənə gətirilməsi üçün həmin ölkəyə daha 2 təyyarə göndərilib.
3 təyyarə ilə ümumilikdə 670 Türkiyə vətəndaşının İstanbula gətirilməsi planlaşdırılır.
Türkiyənin dövlət naziri Zəfər Çağlayan bildirib ki, Liviyanın Benqazi və Derne şəhərlərində ölkə rəhbərliyi əleyhinə keçirilən etiraz aksiyaları zamanı bir neçə türk firmasının inşaat sahələri və iş yerlərində talan hadisələri qeydə alınıb.
Həmin iş yerlərinə ciddi ziyan dəyib.
Xarici işlər naziri Ahmet Davutoğlu isə bildirib ki, Ankara Liviyadakı diplomatik missiyaları vasitəsi ilə bu ölkədəki hadisələri diqqətlə izləyir.
Liviya ilə Türkiyə arasında uzun tarixə malik dostluq əlaqələri olduğunu xatırladan Davutoğlu bu ölkədə təhlükəsizlik və əmin-amanlığın olmasının Türkiyə üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Türkiyənin xarici siyasət idarəsinin başçısı ümumiyyətlə Yaxın Şərqdə son həftələr ərzində baş verən hadisələrlə bağlı ümidvar olduğunu bildirib ki, bölgə xalqlarının istəkləri nəzərə alınacaq və keçid prosesi regionda xaosla nəticələnməyəcək.
“Türkiyə təcrübəsi bəzi Ərəb müşahidəçiləri tərəfindən uğurlu bir model kimi qəbul edilir.
Əgər bu model qardaş ölkələr üçün nümunə təşkil edərsə, biz öz töhfəmizi verməyə şad olarıq. Amma hər bir ölkənin öz xüsusiyyətləri var”, o bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR