Bank Of Baku

Avropa Birliyində Liviyaya qarşı sanksiyalar məsələsində razılıq əldə olunub

Avropa Birliyində Liviyaya qarşı sanksiyalar məsələsində razılıq əldə olunub
# 25 fevral 2011 18:56 (UTC +04:00)
Bakı-APA. Avropa Birliyinin üzvü olan ölkələr Liviyaya qarşı sanksiyalar mövzusunda razılığa gəliblər. Bu barədə Berlindəki diplomatik mənbələrdən məlumat verilib.

Məlumata görə, sanksiyaların tətbiq olunması barədə formal qərar gələn həftənin əvvəllərində qəbul olunacaq. Liviyaya nümayişlərin yatırılmasında istifadə oluna biləcək silah və sursatın verilməsinə embarqo qoyulması planlaşdırılır. Bundan əlavə, Müəmmər Qəddafinin ailə üzvlərinin bank hesabları dondurulacaq və onların Avropa Birliyi ölkələrinə girişinə qadağan qoyulacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR