Bank Of Baku

PKK terror aksiyalarını bərpa edəcəyini açıqlayıb

PKK terror aksiyalarını bərpa edəcəyini açıqlayıb
# 28 fevral 2011 15:07 (UTC +04:00)
APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, açıqlama PKK-ya yaxın saytlarda yayılıb. Terrorçular qərarlarını belə əsaslandırıblar ki, ötən müddətdə Türkiyə hökuməti “kürd problemi”nin həlli üçün inandırıcı addımlar atmayıb.

PKK Türkiyə dövləti və hökuməti qarşısında aşağıdakı tələbləri irəli sürüb:

1. Kürdlərə qarşı siyasi və hərbi sahələrdə bütün əməliyyatların dayandırılması;

2. Həbs edilən kürd “siyasətçi”lərin azadlığa buraxılması;

3. PKK lideri Abdulla Öcalanın “kürd problemi”nin həlli prosesinə aktiv şəkildə cəlb edilməsi və onunla qurulan təmasların müzakirə səviyyəsinə çıxarılması;

4. Prosesin inkişafı üçün Konstitusiya dəyişikliyi üzrə komissiyanın və “Həqiqətləri Araşdırma Komissiyası”nın yaradılması;

5. Siyasi partiyaların parlamentdə təmsil olunması üçün müəyyənləşdirilmiş 10 faizlik baryerin ləğv edilməsi.

Qeyd edək ki, bu il iyunun 12-də Türkiyədə parlament seçkiləri keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR