Bank Of Baku

Devid Kemeron: «Liviya hakimiyyətinə qarşı hərbi qüvvənin tətbiq edilməsi variantı istisna olunmur»

Devid Kemeron: «Liviya hakimiyyətinə qarşı hərbi qüvvənin tətbiq edilməsi variantı istisna olunmur»
# 28 fevral 2011 19:14 (UTC +04:00)
Bakı-APA. Britaniya baş naziri Devid Kemeron Liviya hakimiyyətinə qarşı hərbi qüvvənin tətbiq edilməsi variantını istisna etməyib.

«Biz hərbi vasitələrdən istifadə olunmasını tamamilə istisna etmirik. Hazırkı rejimin öz xalqına qarşı hərbi qüvvə tətbiq etməsinə barmaqarası baxa bilmərik. Bu kontekstdə mən müdafiə nazirliyi və baş qərargahın rəhbərinə müttəfiqlərimizlə bir yerdə hərbi uçuşların qadağan olunduğu zonaların yaradılması barədə müraciət etdim. Bizim polkovnik Qəzzafiyə çağırışımız çox sadədir – getmək vaxtı çatıb», deyə Kemeron parlamentin İcmalar palatasında çıxış edərkən bildirib.

Xatırladaq ki, NATO 1990-cı və 2000-ci illərin əvvəllərində İraqda uçuşun qadağan olunduğu zonalar yaradıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR